Əfqanıstan və Pakistanda döyüşən azərbaycanlılar məhkəmə qarşısında
10 iyul 2009 15:00 (UTC +04:00)

Əfqanıstan və Pakistanda döyüşən azərbaycanlılar məhkəmə qarşısında

ABŞ-la müttəfiq qoşunlara qarşı döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı olan 13 nəfərin məhkəməsi başlayıb

Bu gün Ağır Cinayətlərə İşlər üzrə Məhkəmədə Əfqanıstanda və Pakistanda qanunsuz silahlı birləşmələrdə ABŞ-la müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə Şakir Xanbutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilov təqsirləndirilirlər.

Onlar Cinayət Məcəlləsinin 12.1 (Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər, 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318.1 (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 318.2. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) üzrə ittiham olunurlar.

Məhkəmə baxışı iyulun 16-na təyin olunub.
# 699

Oxşar yazılar

Malıbəylidə insan sümükləri  tapıldı

Malıbəylidə insan sümükləri tapıldı

9 may 2024 , 15:48
Ağdamda uşağı ilan sancdı

Ağdamda uşağı ilan sancdı

9 may 2024 , 12:59
İcra başçısının xanım müavini VƏFAT ETDİ

İcra başçısının xanım müavini VƏFAT ETDİ

9 may 2024 , 12:07
Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

9 may 2024 , 11:00
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

9 may 2024 , 10:26
Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

9 may 2024 , 09:35
Qubada çörək sexi YANDI

Qubada çörək sexi YANDI

8 may 2024 , 23:27
Talassemiyalı uşaqlara qarşı 1 milyonluq dələduzluq edən  3 qadın həkimin   MƏHKƏMƏSİ

Talassemiyalı uşaqlara qarşı 1 milyonluq dələduzluq edən 3 qadın həkimin MƏHKƏMƏSİ

8 may 2024 , 19:31