Kamran Əsədov barəsindəki məhkəmə hökmündən narazıdır
08 iyul 2009 15:00 (UTC +04:00)

Kamran Əsədov barəsindəki məhkəmə hökmündən narazıdır

Radikal dini qruplaşmanın bir sıra üzvləri barələrindəki məhkəmə hökmündən apellyasiya şikayəti veriblər

Radikal dini qruplaşma yaradıb, bir sıra cinayətlərdə təqsirli bilinərək həbs edilən Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və digər şəxslər barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsindən APA-ya verilən məlumata görə, təqsirləndirilənlərdən Ramin və Tərlan Kərimov qardaşları, Şirvani Babayev, İlkin İsmayılov, Orxan Əlizadə, Kamran Babayev, Samir Əliyev, Azər İbadov, Ramin Cəlilov, Fərid Cabbarov, Elşən Məmmədov və Bəxtiyar Orucov barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmündən şikayət olunub. Apelyasiya məhkəməsinin vaxtı və işə baxacaq hakim isə hələ müəyyənləşməyib. Təqsirləndirilənlər Kamran Əsədov, Samir Mehrəliyev, Edqar Əliyev, Yaşar və Şəhriyar Məhərrəmov qardaşları, Hacıbala Hüseynov, Rövşən Əbdüləliyev və Vüqar Əliyev barəsində çıxarılan hökmdən isə apellyasiya şikayəti verilməyib.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Kamran Əsədov 15 il, Bəxtiyar Orucov 15 il, Fərid Cabbarov 15 il, Elşən Məmmədov 14 il, Kamran Babayev 15 il, Samir Mehrəliyev 15 il, Tərlan Kərimov 13 il, Edqar Əliyev 6 il 6 ay, Ramil Kərimov 12 il, Şirvani Babayev 10 il, Samir Əliyev 12 il, Yaşar Məhərrəmov 12 il 6 ay, Orxan Əlizadə 10 il 6 ay, Hacıbala Hüseynov 6 il 3 ay, Azər İbadov 10 il, Şəhriyar Məhərrəmov 2 il, Ramin Cəlilov 11 il, Rövşən Əbdüləliyev 12 il 6 ay, İlkin İsmayılov ümumilikdə 18 il, Vüqar Əliyev 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə, həmçinin, Kamran Əsədovun leytenant rütbəsinin geri alınması barədə Müdafiə Nazirliyinə müraciət olunması haqda da qətnamə qəbul edib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1087

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15