Bu gün Hüseyn Arabulun şikayətinə baxılacaq
Bu gün “Barmek-Azərbaycan” Elektrik Şəbəkəsinin prezidenti Hüseyn Arabulun işi üzrə apelyasiya şikayətinə baxılacaq.
Türkiyəli iş adamının vəkili Abbas Atakişi Lent.az-a açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxsin iki ay müddətinə həbs edilməsi haqda Səbail Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti iyunun 8-də Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Onun sözlərinə görə, şikayətə baxılmaq üçün qanunla müəyyən edilmiş müddət bu gün başa çatır.
Xatırladaq ki, Hüseyn Arabul iyunun 3-də Azərbaycandan Gürcüstana keçmək istəyərkən Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb. Ertəsi gün onun barəsində həbs-qətimkan qərarı çıxarıb. Qərar elan olunandan sonra türkiyəli iş adamı 1 saylı Bayıl İstintaq Təcridxanasına aparılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05