Çoban 15 yaşlı qızı çarpayısında güllələyibmiş
Niyaməddin Yusifovun Nişanəni öldürməsinin səbəbləri bəlli oldu
Yevlax rayonunda baş verən dəhşətli qətlin detalları məlum olub. Yevlax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Niyaməddin Yusifovun Nişanə Hüsənlini öldürməsinə səbəb onun qız tərəfindən rədd edilməsi olub. Qızın onu sevməyərək rədd etdiyini görən N.Yusifov onu öldürmək üçün xüsusi plan cızıb. İyunun 7-də saat 22.00 radələrində o, N.Hüsənlinin yaşadığı evə gedərək onun yatdığı otağa daxil olub. Otaqda, konkret olaraq yatdığı çarpayıda qızın başına ov tüfəngi ilə atəş açan qatil daha sonra hadisə yerindən uzaqlaşıb. O, qəbiristanlıqda gizlənib.
Qeyd edək ki, Yevlax rayonunun Hürüuşağı kənd sakini, 10-cu sinif şagirdi 1993-cü il təvəllüdlü Nişanə Hüsənli yaşadığı evdə həmin kənddə çobanlıq edən Şəki rayonu Böyük Dəhnə kənd sakini 1983-cü il təvəlüdlü 26 yaşlı Niyaməddin Yusifov tərəfindən ov tüfəngi ilə başından vurulmaqla qətlə yetirilib. N.Yusifov Yevlax rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05