                        Bakıda yeniyetmələrdən ibarət cinayətkar dəstə tutulub
                                    
                                    0
                                
                                    0
                                
                                Bakının Binəqədi rayonunda oğurluqda şübhəli bilinən yeniyetmələrdən ibarət dəstə saxlanılıb. 
Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Elxan Akif oğlu Həsənova məxsus Novxanı bağ sahəsi 999 saylı evdə pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə ev əşyaları oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər 1994-cü il təvəllüdlü Qahir Şərfalı oğlu Şərfalıyev, 1995-ci il təvəllüdlü Mehman Vəzir oğlu Baxşıyev və 1980-ci il təvəllüdlü Samir Nüsrət oğlu Manafov tutulublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma gedir.
Şəhriyar Əlizadə