Radikal dinçi qrupun məhkəməsi təxirə salınıb
Vəkillər məhkəməyə tam tərkibdə qatılmayıblar
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin tam tərkibdə iştirak etmədiyi qeyd olunub. Hakim bu tərkibdə prokurorun çıxışına başlamasını məqsədəuyğun saymayıb və həm ittiham, həm də müdafiə tərəfinin bu məsələ ilə bağlı mövqeyini öyrənib. Dövlət ittihamçısı Oruc Cəlilov bildirib ki, vəkillər tam tərkibdə prosesdə iştirak etməyənə qədər çıxış etməsi qanunauyğun deyil. Prosesdə iştirak edən vəkillər də müdafiə tərəfinin iclasda iştirak etməsinin zəruriliyini vurğulayıblar.
Təqsirləndirilənlər isə həm ittiham, həm də vəkillərin fikirləri razılaşmayıblar. Prosesdə çıxış edən təqsirləndirilənlər İlkin İsmayılov, Bəxtiyar Orucov, Kamran Əsədov, Samir Mehrəliyev, Kamran Babayev və digərləri çıxışlara başlamağı tələb ediblər. Məhkəmə onların tələbini təmin etməyib. İ. Neymanov deyib ki, Cinayət Prosessual Məcəlləyə görə, vəkillərin iştirakı olmadan, çıxışlara başlamaq olmaz. Sonra ittiham olunan B. Orucovun və S. Əliyevin vəkilləri müdafiə etdikləri şəxslərlə bağlı müvafiq sənədləri məhkəməyə təqdim ediblər. Hakim isə bu sənədləri elan edib. İ. Neymanov qeyd edib ki, növbəti iclasda müdafiə tərəfinin tam tərkibdə iştirakı zəruridir. Əks təqdirdə proses növbəti dəfə təxirə salınacaq. Proses mayın 19-də davam etdiriləcək. Həmin məhkəmə iclası zamanı prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Oxşar yazılar

Külli miqdarda mənimsədə təqsirləndirilən keçmiş məmurlar həbs olundu
17 mart 2025 , 14:33
Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Serj Sarkisyan təyin edib
17 mart 2025 , 14:29
Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi edirdi - Mnatsakanyan
17 mart 2025 , 14:25
Müğənni Dəniz Əsədovaya HÖKM OXUNDU: 6 ay...
17 mart 2025 , 14:10
“Elay İnşaat” cərimələndi - SƏBƏB
17 mart 2025 , 13:04
Xızının prokuroru qəzaya düşdü
17 mart 2025 , 11:55Ağadadaşın baltası özünə qaytarıldı
17 mart 2025 , 11:40