Nazim Quliyev hakim qarşısına çıxarıldı
08 may 2009 14:30 (UTC +04:00)

Nazim Quliyev hakim qarşısına çıxarıldı

Bu gün Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı Cinayət Mvəcəlləsi 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.


Lent.az-ın RATİ-yə istinadən verdiyi məlumata görə, iclasda iddiaçı T.Rüstəmxanlı və vəkili Əjdər Cavadov, digər iddiaçı S.Mahmudova və səlahiyyətli nümayəndəsi Muxtar Mustafayev, cavabdeh tərəfdən isə “İdeal” qəzetinin təsisçisi N.Quliyev və vəkilləri Elbrus Sarıvəlli, Vüqar Xasayev iştirak ediblər.

Cavabdehin vəkili E.Sarıvəlli məhkəmə tərkibinə etirazını bildirsə də, etiraz hakim tərəfdən baxılmamış saxlanılıb.

Prosesdə ilk çıxış edən iddiaçı S.Mahmudova N.Quliyevin təsisçisi olduğu “İdeal” qəzetinin 12 iyun 2008-ci il tarixində “Balakəndən Göyçayadək payladım“ sərlövhəli məqalədə şərəf və ləyaqətim nalayiq formada qəsdən alçaldıldığını bildirib.
N.Quliyev isə ittihamla razılaşmadığını və sözügedən yazını yazmadığını diqqətə çatdırıb: ”Mən təsisçiyəm, qəzetdə dərc olunan yazılara görə məsuliyyəti təsisçi yox, redaktor daşıyır”.

Daha sonra digər iddiaçı T.Rüstəmxanlı çıxış edərək bildirib ki, şərəf və ləyaqətinin alçaldılıdığı və iddiaya səbəb olan yazıların müəllifi N.Quliyevdir, bu səbəbdən də o, məhkəmədən təsisçinin cəzalandırılmasını istəyib.

Hakim E.Əhmədov növbəti məhkəmə prosesini 14 may saat 15.30-a təyin edib.
Xatırladaq ki, Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsində N.Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb və hakim Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdı. Lakin N.Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunub və 24 aprel 2009-cu ildə həbs olunub.

Qeyd edək ki, “İdeal” qəzetinin təsisçisinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə də irəli sürülmüş və ittiham üzrə hələ araşdırma gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1114

Oxşar yazılar