Neft Akademiyasında dərslər bərpa edildi
Tədris korpuslarında nəzarət gücləndirilib
Aprelin 30-da qanlı hadisə baş vermiş Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dərslər 4 gündən sonra bu gün bərpa edilib. Lent.az-ın müxbiri xəbər verir ki, hadisənin baş verdiyi ikinci korpusda nəzarət gücləndirilib, binaya daxil olan tələbələrin tələbə biletləri yoxlanılır.
Birinci korpusun binasında isə nəzarət ikincidəki qədər ciddi deyil.
ADNA-nın prorektoru Zaur Əhmədov da Lent.az-a açıqlamasında ali məktəbdə dərslərin bərpa edildiyini qeyd edib: “Dərsə davamiyyət də qaydasındadır, hər şey normal şəkildə davam edir”.
Xatırladaq ki, aprelin 30-da səhər tapança ilə silahlanmış şəxsin ADNA-nın ikinci korpusunun binasında törətdiyi atışma nəticəsində 12 nəfər öldürülüb, müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib.
Pərvin ABBASOV

805