DİN Mövsum Səmədovun həbsi ilə bağlı rəsmi məlumat yaydı
08 yanvar 2011 18:02 (UTC +04:00)

DİN Mövsum Səmədovun həbsi ilə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi Azərbaycan İslam Partiyasının sədri Mövsum Səmədovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Mərdan oğlu Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı nazirliyə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Dəyənət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülüb.

Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılmışlar.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar