
“Azəralüminium”un 8 işçisi tutuldu
0
0
Sumqayıt şəhərində yerləşən “Azəralüminium” ASC-nin istehsalat sahəsindən mis endirmələri oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 7-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da çəkisi 5.375 kiloqram olan 215 ədəd mis endirmələri kəsib oğurlamaqda şübhəli bilinən həmin ASC-nin işçiləri Namiz İbadov, Emil Nadirov, Murad Muradov, Elgün Vəliyev, Camal Harunov, Ədalət Həsənov, Aydın Əliyev, Çingiz Qafarov tutulub.
Mis endirimlərini onlardan almış Sumqayıt şəhər sakini Mahir Məmmədov da yaxalanıb.
Mis endirimlərini onlardan almış Sumqayıt şəhər sakini Mahir Məmmədov da yaxalanıb.
0
0