Faiq Ağayevdən gözlənilməz addım - EKSKLÜZİV
Azərbaycanın xalq artisti Faiq Ağayev bu gün – oktyabrın 1-də mətbuat konfransı keçirəcək. Xalq artistinin mətbuat xidmətindən eksklüziv olaraq Lent.az-a verilən məlumata görə, mətbuat konfransı, ilkin məlumata əsasən, saat 17-18 arası F.Ağayevin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə keçiriləcək.
Məlumatda bildirilir ki, müğənni jurnalistlərə sentyabrın 27-də baş vermiş hadisə barədə açıqlama verəcək.
Qeyd edək ki, sentyabrın 27-də səhər saatlarında müğənni və onun iki mühafizəçisi Bakının “Kubinka” adlanan ərazisində bıçaqlanmışdılar. F.Ağayev həmin hadisə zamanı 6 bıçaq yarası almışdı. Müğənni və mühafizəçiləri Kliniki Tibbi Mərkəzdə əməliyyat olunublar.
Hadisəni törədən şəxslər saxlanılaraq, cinayət məsuliyyətinə cəlb olunublar. Nəsimi rayon Polis İdarəsində başlanmış cinayət işi üzrə ilkin təhqiqat mərhələsi başa çatıb, iş prokurorluğa təhvil verilib.
Lalə Yusifqızı

Oxşar yazılar

Gilas ağacından yıxılan 44 yaşlı kişinin ayağı sındı, vəziyyəti ağırdır
9 iyun 2025 , 21:51
Goranboyda ağır qəza, iki nəfər yaralandı
9 iyun 2025 , 21:40
Şəmkirdə 61 yaşlı kişi "kislota"dan zəhərləndi
9 iyun 2025 , 19:23
DSX əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
9 iyun 2025 , 16:42
2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
9 iyun 2025 , 16:30Çılpaq kişi küçədə yol polisi ilə şəkil çəkdirdi
9 iyun 2025 , 15:10
Şəmkirdə gənc oğlanı cərəyan vurub öldürdü
9 iyun 2025 , 14:45