İstintaq terrorçunun kimliyini təsdiqlədi
Tanınma zamanı qatilin üzərindən tapılan sənədin həqiqətən də Fərda Qədirova aid olduğu müəyyənləşib
“İstintaq Dövlət Neft Akademiyasında qətli törədən şəxsin kimliyini müəyyənləşdirib. Tanınma zamanı qatilin üzərindən tapılan sənədin həqiqətən də ona aid olduğu təsdiqlənib. Qatil 1980-ci il təvəllüdlü, Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini Fərda Qədirovdur”.
Məlumatı “Azadlıq” radiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.
Aprelin 30-da Dövlət Neft Akademiyasına silahla basqın edən şəxs 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Özünü də öldürən qatilin üstündən Fərda Qədirova aid şəxsiyyət vəsiqəsi tapılmışdı. Amma qohumları və həmkəndliləri onun belə hadisə törədəcəyinə inanmırdılar.

892