Bakıda tikinti şirkətinin rəhbəri tutuldu
O, fəhlənin ölümü ilə bağlı şübhəli şəxs kimi saxlanıb
Bakıda tikinti işləri zamanı yıxılaraq həlak olan fəhlənin ölümü ilə bağlı tikinti şirkətinin rəhbərliyi şübhəli şəxs qismində saxlanılıb.
Nəsimi Rayon Prokurorluğundan çərşənbə axşamı Trend News-a verilən məlumata görə, "Tac-Mahal" tikinti şirkətinin direktoru Ruslan Əkbərov və icraçı direktoru Ağasəf Abdulrəhmanov şübhəli şəxs qismində saxlanılıb.
Şəkinin Kiş kəndinin sakini Xanlar Mustafayev aprelin 9-da Moskva prospektində tikilən binaların birindəki liftin şaxtasından yıxılaraq ağır kəllə beyin travması alıb və Tibbi Kliniki Mərkəzə çatdırılıb. Aprelin 13-də isə Mustafayev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma (162.1) və təhlükədə qoyma (143) maddələri ilə cinayət işi açılıb. Prokurorluqdan bildirilib ki, Mustafayev dünən vəfat etdikdən cinayət işi başqa maddəyə tövsif olunacaq. Lakin hələlik bu barədə qərar qəbul olunmayıb.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatında Mustafayevin inşa olunan binanın yaxınlığındakı zibillikdən tapıldığı bildirilir.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, ötən il tikintidə 54 ölüm hadisəsi ilə bağlı cəmi 5 cinayət işi açılıb. Onlardan 4-nə məhkəmədə xitam verilib. Biri isə cərimə edilməklə cəzalandırılıb.

Oxşar yazılar

Sumqayıt tekstil fabrikində 21 nəfər ZƏHƏRLƏNDİ
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01
Bakıda marketdən 1500 manatlıq araq oğurladı, tutuldu
21 aprel 2025 , 17:04
Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü
21 aprel 2025 , 15:57