Kennedinin öldürülməsini  proqnozlaşdıran qadın:   2025-ci il üçün həyəcanlı PROQNOZ
21 aprel 2025 11:18 (UTC +04:00)

Kennedinin öldürülməsini proqnozlaşdıran qadın: 2025-ci il üçün həyəcanlı PROQNOZ

20-ci əsrin ən səs-küylü faciələrindən bəzilərini proqnozlaşdıran amerikalı görücü Cin Dikson, həyatı boyu 2025-ci ildə baş verə biləcək ciddi sarsıntılar barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Cin Dikson, sonradan qorxunc dəqiqliklə gerçəkləşən bir sıra peyğəmbərlik proqnozları sayəsində ABŞ-da geniş populyarlıq qazanıb.

Cin Dikson karyerasına müxtəlif çap nəşrləri üçün ulduz falı yazmaqla başlayıb, lakin sonradan kristal kürədən istifadə edərək öncəgörmələrə keçib. Onun əsl şöhrəti mühüm dünya hadisələrini proqnozlaşdırmaqdan qaynaqlanıb. O, gələcək üçün proqnozları olan tərcümeyi-halı da daxil olmaqla yeddi kitabın müəllifi olub.

1971-ci ildə yazdığı "Peyğəmbərlik hədiyyəsi: Cin Dikson fenomeni" adlı memuarında o, Nyu-Yorkda terror hücumunun görüntüsünü təsvir edbi ki, çoxları bunu 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin “Əl-Qaidə” tərəfindən dağıdılmasının xəbərçisi hesab edir. Onun öncəgörmələri yalınız keçmişlə məhdudlaşmayıb: mətnlərində o, gələcəkdə, xüsusən 2025-ci ildə baş verəcək hadisələri də təsvir edib.

“Mənim həyatım və proqnozum” (1969) kitabında o, 2025-2037-ci illər arasında Çin və Rusiya arasında böyük müharibənin başlayacağı barədə xəbərdarlıq edib.

"2025-ci ildə Çin o qədər siyasi və iqtisadi sabitliyə nail olacaq ki, genişmiqyaslı ekspansiyaya başlayacaq. O, Rusiyaya soxulacaq, onun şimal ərazilərini ələ keçirəcək və Almaniyanın sərhədlərinə çataraq Skandinaviyaya qədər irəliləyəcək. Pekin Qərbi Avropaya müdaxilə etməyəcək. Eyni zamanda, Rusiya Yaxın Şərq və Afrikanın İran, Efiopiya və Liviya da daxil olmaqla bir neçə ölkəsinə nəzarət edəcək. Bu münaqişə 12 il davam edəcək-2037-ci ilə qədər”, - Dikson qeyd edib.

Cin Diksondan digər proqnozlar:

* O, Riçard Niksonun 1968-ci ildə ABŞ prezidenti olacağını, lakin səlahiyyət müddətini başa vurmayacağını proqnozlaşdırmışdı - və belə oldu: o, 1974-cü ildə Voterqeyts qalmaqalından sonra getdi.

* Nikson onun öncəgörmələrindən o qədər təsirlənib ki, onu Ağ evə dəvət edib. 1972-ci ildə ona mümkün terror hücumu barədə xəbərdarlıq edib - tezliklə Münhendə

* Olimpiada zamanı terror aktı baş verib. Şayiələrə görə, Terrorla mübarizə komitəsi məhz bu proqnoza görə yaradılıb.

* O, 1989-cu ilin ekoloji fəlakətini - Alyaska sularına böyük neft sızması ilə nəticələnən Exxon Valdez tankerinin qəzasını qabaqcadan görmüşdü.

*1977-ci ildə Opri Uinfri böyük bir televiziya karyerasına proqnozlaşdırıb və bir neçə il ərzində onun şousu milli hitə çevrilib.

Dikson öncəgörmə qabiliyyətini Tanrıdan aldığını və dini icmaların dəstəyinə sahib olduğunu iddia etsə də, bütün proqnozları reallaşmayıb:

* SSRİ-nin Aya insanı ilk endirməsi ilə bağlı yanılıb.

*1958-ci ildə Üçüncü Dünya müharibəsinin başlanmasını nəzərdə tuturdu.

* Xərçəng dərmanının 1967-ci ildə tapılacağını söyləyib.

* 1980-ci illərdə yeni bir Holokost olacağını iddia edib.

* Dünyanın ən güclü imperiyası kimi Roma İmperiyasının dirçəlişini proqnozlaşdırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar