“Qoçu” ləqəbli Qoca Quliyevə 2 il 6 ay həbs cəzası
Sentyabrın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik alverində ittiham olunan, Gəncə və ətraf rayonlarda “Qoçu” ləqəbi ilə tanınan Gəncə Tədris İdman Mərkəzinin direktor müavini Qoca Tofiq oğlu Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Qoca Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, keçən prosesdə dövlət ittihamçısı Qoca Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Qoca Quliyev 2009-cu il noyabrın 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onunla birlikdə bir neçə nəfər də həbs edilib. “Qoçu” ləqəbli Qoca Quliyevin başçılıq etdiyi mütəşəkkil dəstə əvvəl Gəncədə bir neçə vəzifəli şəxslər də daxil olmaqla vətəndaşlardan şantaj və hədə-qorxu yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. Lakin Qoca Quliyev istisna olmaqla digər şəxslər azadlığa buraxılıb. Qoca Quliyevə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Fərid Əkbərov

Oxşar yazılar

“Sabunçu bazarı”nda yanğın-VİDEO
8 iyun 2025 , 09:23
Qaxda bir ailənin 4 üzvü və 2 qardaş qəzada yaralandı
7 iyun 2025 , 18:41
Azərbaycanlı qızları fahişəliyə məcbur edən qadına HÖKM OXUNDU
7 iyun 2025 , 18:35
Azərbaycanlı sahibkar BƏƏ-yə qaçdı: işləri yaxşı getmir
7 iyun 2025 , 17:08
Gölün kənarında yeni doğulmuş qız meyiti tapıldı
7 iyun 2025 , 16:50
Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01