Yardımlıda torpaq sürüşməsi
03 mart 2010 19:15 (UTC +04:00)

Yardımlıda torpaq sürüşməsi

Qaravulxana dağının yuxarı və aşağı yamaclarında torpaq sürüşməsi baş verib, Telavar kəndində yerləşən evlər üçün təhlükə yaranıb



01 mart 2010-cu il tarixində Yardımlı rayonu, Telavar kəndində, Masallı-Yardımlı avtomobil yolunun 35-ci kilometrliyindən 7 km şimal-qərbdə, Viləş çayının sağ sahilində, Qaravulxana dağının yuxarı və aşağı yamaclarında torpaq sürüşməsi baş verib.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi satına istinadən verdiyi məlumata görə, sürüşmə ərazisində yerləşən evlərə təhlükə yaranıb.


Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri hadisə yerinə baxış keçiriblər. Müəyyən olunub ki, yuxarı yamacda, təxminən, 2000 kv.m. ərazi, aşağı yamacda, təxminən, 5000 kv.m. ərazi sürüşməyə məruz qalıb.


Sürüşmə ərazisində yerləşən bəzi tikililərin divarlarında çatlar əmələ gəlib, iki fərdi evin gələcək istismar üçün təhlükəli olduğu müəyyən olunub. Xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar