Səfirlik maşını qəzaya düşüb
Gecə hava limanı yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən 3 nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı əvvəlcə Münasib Həsənov idarə etdiyi “Toyota” markalı avtomaşını qarşıda hərəkətdə olan Mehman Əhmədovun idarə etdiyi “KIA” markalı avtomaşının arxa hissəsinə vurub.
Bundan sonra hər iki avtomaşın yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Bu zaman arxadan gələn Pərviz Musayevin idarə etdiyi “BMW” markalı atvomaşının “KIA”-ya çırpılması isə qəzada əzilən avtomaşınların sayını üçə çatdırıb. Yol nəqliyyat hadisəsi zamanı avtomaşınlar yarasız vəziyyətə düşsə də, xəsarət alan olmayıb.
Avtoqəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Hazırda qəzanın dəqiq hansı sürücünün səhlənkarlığı ucbatından qeydə alındığı araşdırılır. Qeyd edək ki, hadisə zamanı qəzaya düşən avtomaşınlardan biri - “BMW” markalı maşının ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərdən birinə məxsus olduğu bildirilir.
«ANSPress»

Oxşar yazılar

Qaxda bir ailənin 4 üzvü və 2 qardaş qəzada yaralandı
7 iyun 2025 , 18:41
Azərbaycanlı qızları fahişəliyə məcbur edən qadına HÖKM OXUNDU
7 iyun 2025 , 18:35
Azərbaycanlı sahibkar BƏƏ-yə qaçdı: işləri yaxşı getmir
7 iyun 2025 , 17:08
Gölün kənarında yeni doğulmuş qız meyiti tapıldı
7 iyun 2025 , 16:50
Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01
Bakıda 20 yaşlı qız qəfil öldü
7 iyun 2025 , 14:49