Filarmoniyada Heydər Əliyevi anım mərasimi keçirilib - FOTO
11 dekabr 2012 17:05 (UTC +04:00)

Filarmoniyada Heydər Əliyevi anım mərasimi keçirilib - FOTO

Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbir Səbail rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə RİH rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclis üzvləri, elm və mədəniyyət xadimləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb.

Sonra əməkdar artist Ağalar Bayramov Vahid Əzizin “Heydərdən öyrəndim bu ləyaqəti” şerini oxuyub, onun və Kəmalə Mehdiyevanın ifasında Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması səslənib. Daha sonra isə əməkdar artist Aygün Bəylərin ifasında “Elegiya”, Arzu Əliyevanın ifasında “Gözünə qurban” mahnısı ifa edilib.

Tədbirdə Heydər Əliyevin ən çox sevdiyi mahnılarından olan “Alagöz” və Təyyar Bayramovun ifasında “Küçələrə su səpmişəm” mahnıları səslənib, Qara Qarayev adına Dövlət Kamera Orkestri Fikrət Əmirovun “Nizami” simfoniyasının finalını da səsləndirilib. Mərasim Ağadadaş Ağayevin ifasında ulu öndərə həsr olunmuş “Heydər-xalq” mahnısı ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910

Oxşar yazılar