Ali Məhkəmə sədrinin sabiq müavini vəfat edib
10 dekabr 2012 12:57 (UTC +04:00)

Ali Məhkəmə sədrinin sabiq müavini vəfat edib

Bu barədə APA-ya mərhumun qohumları məlumat veriblər. R. Burcayev uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R. Burcayev 1940-cı ildə Zaqatala rayonu, Mazıx kəndində anadan olub. O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 2007-2010-cu illərdə isə Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. R. Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb.


Bu ilin əvvəlində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) respublikada terrorçuluqla məşğul olan dəstəni zərərsizləşdirib. MTN-in həbs elədiyi şəxslərdən biri də Gəncədə zərərsizləşdirilən qanunsuz silahlı qruplaşmanın başçısı Vüqar Padarovun yaxın silahdaşlarından Anar İsfəndiyar oğlu Ramazanov olub. A. Ramazanov Şəki Apelyasiya Məhkəməsinin sədri olmuş Ramazan Burcayevin sürücüsü işləyib. MTN tərəfindən həbs edilən A. Ramazanov bir müddət sonra sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3121

Oxşar yazılar