Bakıda sürücülər arasında qanlı dava: 1 ölü - YENİLƏNİB
Bu gün Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Ələt magistralında qətlə yetirilmiş şəxsin adı məlum olub. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qətlə yetirilən şəxs 1985-ci il təvəllüdlü Abbasov Rafiz Eldar oğludur. Onu vuran şəxs isə idarə etdiyi “Mercedes” markalı avtomobillə hadisə yerindən uzaqlaşıb.
***
10 Dekabr 2012 11:06
Dekabrın 10-na keçən gecə Bakı şəhərinin Qaradağ rayonu ərazisində qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, Bakı-Ələt yolunda, Sanqaçal qəsəbəsi ərazisində iki avtomobil sürücüsü arasında dava olub. Məlumata görə, bir-birinə yol verməyən sürücülərdən biri maşının işığı ilə işarə verərək digər sürücünün maşını saxlamasını istəyib. Avtomobili yol kənarına çəkən sürücülər düşərək məsələni aydınlaşdırmağa çalışıblar. Bu zaman onlardan biri digərinə çoxsaylı bıçaq xəsarətləri yetirib. İkinci hadisə yerindəcə keçinib.
Hadisə şahidləri bildirib ki, hadisəni törədən şəxs avtomobilinə minərək ərazidən qaçıb.
Hazırda ölən şəxsin və hadisəni törədənin kimliyinin müəyyənləşdirmək istiqamətində iş aparılır.
Nizam RZA

Oxşar yazılar

“Sabunçu bazarı”nda yanğın-VİDEO
8 iyun 2025 , 09:23
Qaxda bir ailənin 4 üzvü və 2 qardaş qəzada yaralandı
7 iyun 2025 , 18:41
Azərbaycanlı qızları fahişəliyə məcbur edən qadına HÖKM OXUNDU
7 iyun 2025 , 18:35
Azərbaycanlı sahibkar BƏƏ-yə qaçdı: işləri yaxşı getmir
7 iyun 2025 , 17:08
Gölün kənarında yeni doğulmuş qız meyiti tapıldı
7 iyun 2025 , 16:50
Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01