Gürcüstan həbsxanasından 10-12 azərbaycanlı azadlığa çıxacaq
Dekabrın 9-da Gürcüstanda cəzaçəkmə müəssisələrindən 50 məhbus azad olunacaq.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə cəzaların icrası və hüquqi yardım nazirliyindən bildirilib. Məlumata görə, dekabrın 8-də nazirlikdə vaxtından əvvəl azadetmə komissiyasının növbəti iclası keçirilib. Tədbirdə 300 məhbusun ərizəsinə baxılıb. Komissiyanın qərarına əsasən, dekabrın 9-da cəzaların icrası müəssisələrindən 50 məhbus, o cümlədən 2 qadın və 2 nəfər ağır xəstə məhbus azad ediləcək.
Dekabrın 9-da isə prezident yanında Əfv komissiyasının növbəti iclası keçiriləcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə komissiyanın sədri Yelena Tevdoradze APA-nın əməkdaşına açıqlamasında bildirib. Onun sözlərinə görə, komissiyada 400 məhbusun ərizəsi müzakirə olunacaq.
“Ümid edirəm ki, 200 nəfər məhbusu əfv edəcəyik. Çünki komissiyaya təqdim olunan ərizələrin içində yüngül cinayət edənlərin ərizəsi çoxdur, ağır cinayət törədən məhbuslar isə bizə müraciət etməyiblər. Sözsüz ki, keçən iclasda olduğu kimi, bu dəfə keçirilən iclasda da azərbaycanlı məhbusların ərizəsi də müzakirə olunacaq.
Düşünürəm ki, 10-12 nəfər azərbaycanlı məhbus azadlığa buraxılacaq” –deyə, Yelena Tevdoradze bildirib.

Oxşar yazılar

Ziya Bünyadov prospektində ağır qəza - İki nəfər xəsarət aldı
12 aprel 2025 , 01:59
Sumqayıtda 31 yaşlı qadın xəstəxanada vəfat etdi
11 aprel 2025 , 22:24
Ermənilərin yandıraraq öldürdüyü 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirildi
11 aprel 2025 , 22:01
Naxçıvanda evdə yanğın: Ölən var
11 aprel 2025 , 21:22
Toy karvanında qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi
11 aprel 2025 , 19:15
Aytac Ağazadə barəsində “QHT işi” üzrə həbs qərarı - YENİLƏNİB
11 aprel 2025 , 18:31
Adam bıçaqlayan keçmiş diplomata HÖKM OXUNDU
11 aprel 2025 , 17:57