Daha bir bələdiyyənin vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı
08 dekabr 2012 12:54 (UTC +04:00)

Daha bir bələdiyyənin vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı

0
Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş materiallar araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2007-2009-cu illərdə 23,5 ha torpaq sahəsi bələdiyyə iclasının qərarı olmadan qanunsuz olaraq icarəyə verilib.

Bundan başqa, bələdiyyə xəzinəsindən 4 min 766 manat məbləğində pul vəsaiti müvafiq sənədləşmə aparılmadan silinib. Qeyd edilən dövr ərzində “Anar” firmasından yanacaq-sürtgü materiallarının alınması barədə saxta sənədlər tərtib edilməklə bələdiyyə büdcəsindən 1009 manat məbləğində vəsait də qanunsuz olaraq məxaric edilib.

Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3199

Oxşar yazılar