Azərbaycanda öldürülən qadınların dəhşətli STATİSTİKASI
12 noyabr 2012 16:47 (UTC +04:00)

Azərbaycanda öldürülən qadınların dəhşətli STATİSTİKASI

Bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadındır

Bu gün səhər saatlarında 3 nəfər qadının öldürülməsi ilə bağlı xəbərlər yayıldı. Lent.az-ın məlumatına görə, hadisələrdən birində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb. İkinci hadisə isə Sumqayıtda baş verib. Şəhər sakini, 40 yaşlı Rövşən Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 37 yaşlı Nigar Məmmədovanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

“Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi bu ilin 11 ayı ərzində qətlə yetirilən qadınların statistikasını açıqlayıb. Birliyin sədri Mehriban Zeynalovanın Lent.az-a verdiyi məlumata görə, bu ilin 11 ayı ərzində zorakılığa məruz qalan 30 qadın qətlə yetirilib, 17 qadın isə müxtəlif xəsarətlər alıb. Qadınları qətlə yetirənlər əsasən onların həyat yoldaşları olub.

Bundan başqa, bildirilib ki, bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadındır.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin mətbuatda apardığı monitorinqin nəticələrinə görə, 2010-cu ildə ailədaxili zorakılıq zəminində 109 nəfər, 2011-ci ildə isə 135 qadın qətlə yetirilib.

Birlik 2012-ci ilin 11ayı ərzində mətbuatda apardığı monitorinqin nəticələrini Lent.az-a təqdim edib:






 

Adı. Soyadı.   (ÖIÜM)

Şəhər-Rayon

 

Kim tərəfindən

Yaş həddi

1.

İsmayılova Rəhimə

Bakı

Əri tərəfindən

30 yaş

2.

Hüseynova Kifayət

Bakı

Əri tərəfindən

1964

3.

Əsədova Aygül

Bakı

Əri tərəfindən

44 yaş

4.

Xəlilova Bəsti

Oğuz

Əri tərəfindən

1987

5.

Zeynallı Firəngiz

Şəki

Oğlu tərəfindən

1956

6.

Südabə

Cəlilabad

Əri tərəfindən

1972

7.

Ağayarova İlahə

Sumqayıt

Əri tərəfindən

-

8.

Bəxtiyarova Pərvanə

Şəmkir

-

 

9

Quliyeva Nuranə

Goranboy

Anası tərəfindən

7 yaş

10

Aidə Orucova

İmişli

-

 

11

Təranə Soltanova

Xızı

Qardaş oğlu

54 yaş

12

Hüseynova Vəfa

Bakı

Əri tərəfindən

1976

13

Bayramova Əfsanə

Naxçıvan

Əri tərəfindən

-

14

Niftəliyeva Elnarə

Bakı

Əri tərəfindən

28 yaş

15

Nəsirova Günel

Bakı

Əri tərəfindən

18 yaş

16

Əzizova Lalə

Cəlilabad

Əri tərəfindən

1980

17

Məmmədova Məlahət

Ağcabədi

Əri tərəfindən

1956

18

Fəxrəddinova Samirə

Nefçala

Əri tərəfindən

29 yaş

19

Abdullayeva Təranə

Bakı

-

33 yaş

20

Orucova Tahirə

Bakı

Əri tərəfindən

1976

21

Qədimova Əminə

Bakı

Əri tərəfindən

1977

22

Sevinc Süleymanova

Yevlax

Əri tərəfindən

-

23

Günay Ağayeva

Bərdə

Əri tərəfindən

26 yaş

24

Qarayeva Zərgənə

Bərdə

Əri tərəfindən

1993

25

Qasımova Gülşən

Mingəçevir

Əri tərəfindən

-

26

Məmmədova Ceyran

Bakı

Qızı tərəfindən

1931

27

Əliyeva Gülarə

Goranboy

Bacı oğlu

1938

27

Əhmədova Günel

Bakı

Ata

1992

28

Balayeva Balaqız

Bakı

Əri tərəfindən

1961

29

Mənsumova Zemfira

Bakı

Əri tərəfindən

-

30

Mənsumova Sevinc

Bakı

Atası tərəfindən

1990

 

 

 

 

 

 

Adı Soyadı. ( ÖLÜMƏ CƏHD)

Şəhər-rayon

Kim tərəfindən

Yaş

31

Həsənova Zabitə

Bakı

Əri tərəfindən

45 yaş

32

Babayeva Afət

Bakı

Əri tərəfindən

-

33

Ağayeva İlahə

Bakı

Əri tərəfindən

-

34

Aliyeva Zəminə

Bakı

Əri tərəfindən

34 yaş

35

Məmmədova Rəna

Bakı

Əri tərəfindən

1981

36

Süleymanov Arzu

Bərdə

Bacısı oğlu tərəfindən

-

37

Şabanova Şahxanım

Bakı

Oğlu tərəfindən

42-

38

Quliyeva Elnarə

Bakı

Əri tərəfindən

-

39

Əliyeva Simuzər

Bakı

Əri tərəfindən

 

40

Rəhimova Səkinə

Bakı

Əri tərəfindən

-

41

Rəhimova Zemfira

Bakı

Atası tərəfindən

-

42

Əhmədova Günay

Bakı

Qardaşı tərəfindən

1985

43

Qafarova Nüşabə

Yevlaxda

Əri tərəfindən

-

44

Məmmədova Könül

Bakı

Əri tərəfindən

28 yaş

45

Maşanova Saxela

Bakı

Qardaşı

1977

46

İmanova Aynurə

Biləsuvar

Bacısı tərəfindən

34 yaş

47

Məmmədova Afaq

Bakı

Əri tərəfindən

1979



Jalə Məmmədli
# 6879

Oxşar yazılar