Güney Azərbaycanda tanınmış ictimai-fəal bədbəxt hadisədən ölüb
04 noyabr 2012 07:19 (UTC +04:00)

Güney Azərbaycanda tanınmış ictimai-fəal bədbəxt hadisədən ölüb

Noyabrın 2-də Güney Azərbaycan türklərinin milli-mədəni haqları uğurunda mübarizə aparanlardan biri, tanınmış azərbaycanlı ictimai fəal Fərhad Sərvnaz Pərixaninin iş yerində bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, noyabrın 3-də Meşkinşəhr (Xiyov) şəhərindəki Qasımiyyə məscidində Fərhad Sərvnaz Pərixaninin yas mərasimi keçirilib.

Mərasimə Güney Azərbaycanın müxtəlif bölgələrindən soydaşlarımız qatılıb. Hətta azərbaycanlı ictimai fəallar yas mərasimi ilə bağlı Azərbaycan dilində bildirişlər də yayıblar. Mərasimdə tanınmış milli fəallar çıxış edərək, Fərhad Sərvnaz Pərixaninin həyat yolu və apardığı milli mübarizədən söhbət açıblar.


Qeyd edək ki, Fərhad Sərvnaz Pərixani 2006-cı ilini məlum may hadisələri zamanı Meşkinşəhrdə ETTELAAT əməkdaşları tərəfindən həbs olunub və bir müddət işgəncələr altında saxlanıldıqdan sonra Meşkinşəhr həbsxanasına köçürülmüşdü.O, ötən il Fevralın 21 Ümumdünya Ana Dili Günü ilə bağlı keçirilmiş tədbirlər zamanı da ETTELAAT əməkdaşları tərəfindən tutulmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1961

Oxşar yazılar

Bakıda heyvanların qanunsuz saxlanıldığı  aşkar olundu

Bakıda heyvanların qanunsuz saxlanıldığı aşkar olundu

29 iyul 2025 , 15:25
Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı  ilan sancıb? - YENİLƏNİB

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancıb? - YENİLƏNİB

29 iyul 2025 , 15:00
Şamaxıda 3 maşın TOQQUŞDU: ölən var

Şamaxıda 3 maşın TOQQUŞDU: ölən var

29 iyul 2025 , 14:32
Yaylaqda torpaq davası qətliama  çevrildi

Yaylaqda torpaq davası qətliama çevrildi

29 iyul 2025 , 13:48
Fikrət Cəfərli  həbs olundu

Fikrət Cəfərli həbs olundu

29 iyul 2025 , 13:18
Yuxulu sürücülər  1 ayda 21 qəza törətdi

Yuxulu sürücülər 1 ayda 21 qəza törətdi

29 iyul 2025 , 13:09
Samuxda 56 yaşlı kişini ilan sancdı

Samuxda 56 yaşlı kişini ilan sancdı

29 iyul 2025 , 12:46
Çimərlikdə iki təkər qaldıran  "avtoş"  tutuldu

Çimərlikdə iki təkər qaldıran "avtoş" tutuldu

29 iyul 2025 , 11:50