İldırımın törətdiyi yanğın söndürüldü
24 sentyabr 2012 11:20 (UTC +04:00)

İldırımın törətdiyi yanğın söndürüldü

Bu gecə saat 02.00 radələrində “Azerenerji”-yə məxsus Siyəzən Yarımstansiyasında elektrik transformatoru partlayıb. Yarımstansiyaya ildırım düşüb. Partlayışdan sonra transformatordan ətrafa yayılmış yağ alışıb. Baş verən yanğının qarşısını almaq üçün əraziyə Xızı, Şabran, Siyəzən, Sumqayıt YMH-nin maşınları cəlb olunub və yanğının qarşısını səhərə yaxın almaq mümkün olub.

Yarımstansiyadan Lent.az-a verilən məlumata görə, hazırda bütün rayon rəhbərliyi hadisə yerindədir və yanğının törətdiyi fəsadlar aradan qaldırılır.

Qeyd edək ki, baş vermiş partlayış nəticəsində Siyəzən rayonuna və rayon ərazisində fəaliyyət göstərən neft mədənlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.


***

Saat 10:01


Sentyabrın 24-nə keçən gecə Siyəzəndə elektrik transformatorunu ildırım vurub. Lent.az-ın rayon sakinlərinə istinadən məlumatına görə, Beşbarmaq dağı yaxınlığındakı transformator ildırım vurması nəticəsində partlayıb və ətrafa böyük həcmdə yağ yayılıb. Partlayışdan sonra transformator və ətrafa axan yağ alovlanıb.

Sakinlərin bildirdiyinə görə, hadisə yerinə gəlmiş yanğınsöndürənlər saat 03 radələrindən başlayan yanğını səhər saatlarında söndürməyə müvəffəq olublar.

Hazırda rayon ərazisində elektrik təminatı dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835

Oxşar yazılar

Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 17:11
İki santimetrə görə  evinə kompensasiya vermədilər

İki santimetrə görə evinə kompensasiya vermədilər

21 may 2025 , 16:57
Azərbaycanda qadınları fotoları ilə  şantaj edən  TUTULDU

Azərbaycanda qadınları fotoları ilə şantaj edən TUTULDU

21 may 2025 , 16:21
DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

21 may 2025 , 15:18
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 12:20
Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

21 may 2025 , 12:07
Bakıda toy zamanı  restoran alovlandı - VİDEO

Bakıda toy zamanı restoran alovlandı - VİDEO

21 may 2025 , 11:54
Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08