Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik bitki becərilirmiş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə vaxtaşırı reydlər keçirir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ilin may-avqust aylarında həyata keçirilən mütəmadi reydlər zamanı bir neçə dəfə Qoruğun yüksək dağlıq ərazisində tərkibində narkotik xassəli maddələr olan bitkilərin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi faktları aşkar edilib.
Belə ki, qoruğun ərazisində keçirilən reydlər zamanı Gərəkli sahəsinin 03,04,05,06 saylı dolaylarında qanunsuz olaraq kol-kosdan təmizlənmiş sahələrdə tərkibində narkotik xassəli maddələr olan çətənə bitkisinin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi müəyyən olunub. Bununla bağlı Balakən rayon Polis Şöbəsinə məlumat verilib, həmçinin hadisə yerində saxlanılan təqsirkar şəxs Balakən rayon Gərəkli kənd sakini Cavid Dibirov rayon Polis Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, aşkar olunan faktlarla bağlı xidməti vəzifələrini layiqincə icra etmədiklərinə görə Qoruğun mühafizə üzrə direktor müavini, sahə müfəttişi və 6 nəfər mühafizəçisi tutduqları vəzifədən azad olunub.
Bu cür halların baş verməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məlumat göndərilib.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qoruğun əməkdaşları tərəfindən mütəmadi reydlər davam etdirilir.
Jalə

Oxşar yazılar

Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23
Bank kartlarından 11 min manatdan çox pul oğurlandı
9 may 2025 , 10:05
Velosipeddən yıxılan 12 yaşlı uşaq komaya düşdü
8 may 2025 , 23:31
Marketdə çalışan qadın iş yerində öldü
8 may 2025 , 22:40
Məhkəmədə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
8 may 2025 , 21:32