
Əli İnsanovun sağlamlığı ilə bağlı heç bir problemi yoxdur
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, məlumatda kütləvi informasiya vasitələrindən daxil olmuş çoxsaylı sorğularda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq səhiyyə naziri məhkum Əli İnsanovun vəfat etməsi barədə məlumatların yayıldığı bildirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həmin məlumatın heç bir əsasının olmaması və dezinformasiya olması qeyd olunsa da, bir çox informasiya saytlarında bu məlumat yerləşdirilib.
Penitensiar Xidmət bir daha bildirir ki, məhkum Əli İnsanovun sağlamlığı ilə bağlı heç bir problemi yoxdur və o qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqları təmin olunmaqla cəzasını çəkir.
Penitensiar Xidmət bir daha bildirir ki, məhkum Əli İnsanovun sağlamlığı ilə bağlı heç bir problemi yoxdur və o qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqları təmin olunmaqla cəzasını çəkir.
Oxşar yazılar

Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23
Bank kartlarından 11 min manatdan çox pul oğurlandı
9 may 2025 , 10:05
Velosipeddən yıxılan 12 yaşlı uşaq komaya düşdü
8 may 2025 , 23:31
Marketdə çalışan qadın iş yerində öldü
8 may 2025 , 22:40
Məhkəmədə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
8 may 2025 , 21:32