Ərdoğan - Obama  telefonla Suriya və bölgədən danışıb
19 sentyabr 2012 04:10 (UTC +04:00)

Ərdoğan - Obama telefonla Suriya və bölgədən danışıb

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, tərəflər Suriyada Bəşar Əsəd hakimiyyətinin dinc, mülki vətəndaşlara qarşı divan tutuması halını vurğulayıblar.

Ərdoğan və Obama Suriya böhranı ilə bağlı Türkiyə - ABŞ mövcud işbirliyini davam etdirəcəklərini bildiriblər.

Türkiyə baş nazirinin mətbuat mərkəzinin məlumatına əsasən, telefon danışığı zamanı bölgə və qlobal problemlər ətrafında da liderlər fikir mübadiləsi edib.

Obama türk hərbçiləri və təhlükəszlik qüvvələrinə qarşı terror aksiyaları zamanı şəhid olanlara görə Ərdoğana, Türkiyənin hökumət başçısı isə Liviyadakı səfirin qətlə yetirilməsi ilə bağlı Ağ evin indiki yiyəsinə baş sağlığı verib.

Mənbənin bildirdidiyinə görə, telefon danışığı Ərdoğanın istəyi ilə gerçəkləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar