Yanlış istifadə etdiyimiz əşyalar:  BUNLARI BİLMİRSİNİZ
13 oktyabr 2021 19:55 (UTC +04:00)

Yanlış istifadə etdiyimiz əşyalar: BUNLARI BİLMİRSİNİZ

Səyahət yastığınızda özünüzü çox rahat hiss etmirsiniz? Bunun səbəbi bəzi əşyalardan düzgün istifadə etməməyimizdir. Elə səyahət yastığından da. Bəs, necə düzgün istifadə olunur?

Lent.az xarici KİV-ə istinadən doğru bildiyimiz yalnışları təqdim edir:

Səyahət yastıqlarının açıq tərəfi öndə olmamalıdır. Çünki əks formada istifadə etmək daha asandır.

Plastik fincanların üzərindəki xətlər içindəki içkini ölçmək üçündür.

Saç qurutma fenindəki soyutma düyməsi isinəndə özünüzü soyutmaq üçün deyil... Saç tərzinizi tənzimləmək üçündür.

Şəkər paketlərini fincanın üstünə tutaraq ortadan bölmək lazımdır. Bu şəkildə şəkər tökmək daha asandır.

2 tərəfli pambıq pedlər fərqli istifadə olunmalıdır. Makiyajı çıxarmaq üçün yumşaq tərəfi, dırnaq boyasını təmizləmək üçün qabarıq tərəfi istifadə etməlisiniz.

Alış-veriş arabalarının üstündəki bu halqalar kassadan keçdikdən sonra çantaları asmaq üçündür.

Asma kilidin altındakı çuxur, kilidin ilişdiyi halda mühərrik yağı və ya başqa bir növ yağ tökmək üçündür. Belə olduqda kilid rahat açılar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11889
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar