Çox adam evdə şorba bişirilən zaman onu tualetə tökərək asan yola qaçırlar. Bunu əsasən bina evində yaşayanlar edir.
Lent.az xəbər verir ki, bu doğru deyil və mütləq edilməməlidir.
Çünki bu zaman ləkə və kirdən əlavə, tualetdə tıxanmalar baş verə bilər.
Və bu yalnız şorbalara aid deyil. Çay yarpağı, düyü, makaron kimi suda şişən qidalar tualet üçün son dərəcə təhlükəlidir.
Tualetə göndərilən şorbaya gəlincə, yuxarıda qeyd olunan problemlərdən əlavə, çürüməyə səbəb ola bilər.
Üstəlik, çirkab sutəmizləyici qurğuların fəaliyyətinin real şəkildə pozulması təhlükəsi var.
Unutmayın ki, tökülən şorbanın səbəb olduğu tıxanma səbəbindən su yüksələ və bununla birlikdə əvvəllər borularda olan bütün tullantılar daşa bilər.
Şorbalardan əlavə, tualetə qəhvə çöküntüsü, həlledici, yağ və ya tualet kağızı atmamalısınız.