Gələn il interyerdə hansı rənglər dəbli  olacaq? Dizaynerlərin RƏYİ
17 oktyabr 2024 11:58 (UTC +04:00)

Gələn il interyerdə hansı rənglər dəbli olacaq? Dizaynerlərin RƏYİ

Artıq gələn il interyerlərdəki aktual olacaq və tələb olunan tendensiyalar haqqında danışılır. 

Lent.az xəbər verir ki, bu məsələlərdə rəng mühüm rol oynayacaq. Bu o demək deyil ki, siz dərhal gedib otağınızın rəngin və ya dekorasiyasını dəyişdirməlisiniz. Ancaq kiçik toxunuşlar edərək mənzilinizin hazırkı vəziyyətini daha da yaxşı edə bilərsiniz. Bunun üçün sadəcə olaraq dəbdə olacaq rənglərdə toxuculuq və ya dekorativ əşyalar almaq kifayətdir.

Hansı rənglərə diqqət yetirməlisiniz?

Narıncı çalarlar

Bu cür rənglər tez-tez populyarlaşmır, ancaq gələn il interyerə bir az parlaqlıq əlavə edə bilərsiniz. Ən məşhur çalar tünd portağal rəngi hesab olunur. 

Gil rəngi

Qəhvəyi rəngin məhz bu tonu hər hansı bir otaq üçün gözəl fon ola bilər. Mənzil istirahət üçün mümkün qədər rahat və cəlbedici görünəcək.

Bəzi yaşıl çalarlar

Bu rəng bir neçə mövsümdür ki, aktualdır. Bu il də ən dəbli rənglərdən biridir. Tünd yaşıl tonlar evinizin daha rahat və sakit görünməyinə şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2847
avatar

Sevinc Fərid

Oxşar yazılar