Evinizdəki bu əşyaları   tez-tez dəyişin: Bakteriya mənbəyi...
07 oktyabr 2022 11:50 (UTC +04:00)

Evinizdəki bu əşyaları tez-tez dəyişin: Bakteriya mənbəyi...

Evdə mütəmadi olaraq istifadə etdiyimiz əşyaları tez-tez dəyişmək lazımdır. Mütəxəssislər bildirir ki, adi məişət əşyaları ciddi infeksiya mənbəyidir. Buna görə bəzi belə əşyaları müəyyən müddətdən sonra istifadə etmək olmaz. 

Lent.az xarici KİV-ə istinadən evinizdə tez-tez dəyişdirilməsi lazım olan əşyaları təqdim edir: 

Diş fırçası gündə ən az 2 dəfə istifadə olunur. Üzərində toplanan bakteriyaları nəzərə alsaq, diş fırçanızı dəyişmək sağlamlığınız üçün faydalı olacaq.

Mənzildə sıxlıqla dəyişdirilməsi lazım olan əşyalardan biri də yataq dəstləridir. Dərinizin sağlamlığı üçün bu vacib addımdır.

Üzümüzlə ən çox təmasda olan yastıq üzləri daimi şəkildə dəyişilməlidir. Çalışın 2-3 gündən bir onları dəyişdirin. Bu həm də asanlıqla yuxuya getməyinizə şərait yaradacaq.

Dərimizlə təmasda olan başqa bir əşya da makiyaj fırçalarıdır. Dərinizin zərərli maddələrdən qorunması üçün onlar daimi təmizlənməli və mütəmadi olaraq dəyişdirilməlidir.

Makiyaj fırçaları kimi, makiyaj süngərlərini də tez-tez yeniləmək sağlamlıqdır.

Qab süngəri üzərində çoxlu bakteriya yığılan əşyalardan biridir. Qabların yuyulma tezliyinə uyğun olaraq qab süngərinizi də tez-tez dəyişdirməlisiniz. Mütəxəssislər belə süngərləri hər istifadədən sonra yaxşı yumağı və açıq havada qurutmağı tövsiyə edirlər.

Dəsmallar nəmli olduqlarına görə bakteriyaların çoxala bildiyi bir sahədir. Həm üz, həm də əl dəsmallarınızı tez-tez yeniləyin. Hamam xalatlarınızı mütəmadi olaraq yumalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5421
avatar

Sevinc Fərid

Oxşar yazılar