Zelenski məhv edilən Rusiya qüvvələrindən DANIŞDI
14 avqust 2022 02:57 (UTC +04:00)

Zelenski məhv edilən Rusiya qüvvələrindən DANIŞDI

Donbassda şiddətli döyüşlər davam edir.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Bu istiqamətlər cəbhənin ən qaynar nöqtələridir: Avdeyevka, Maryinka, Peski, Baxmut”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Rusiya ora böyük miqdarda hərbi resurslar göndərib.

“Xarkov vilayəti. Ukraynanın müdafiəsi burda güclüdür. Onların hücum cəhdləri daim uğursuz olur. Ölkənin cənubundakı mübarizədə Rusiya ordusunun güc və vasitələri məhv edilib”, - deyə Zelenski vurğulayıb.

# 2253
avatar

Oxşar yazılar