Yaponiyada azərbaycanlı həbs edilib: Qatarda tələbə qızı...
28 oktyabr 2021 12:01 (UTC +04:00)

Yaponiyada azərbaycanlı həbs edilib: Qatarda tələbə qızı...

3

Yaponiyada azərbaycanlı saxlanılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı 22 yaşlı yapon tələbə qıza qarşı seksual hərəkətlər etməkdə təqsirli bilinir.

Yerli polisin məlumatına görə, hadisə Tokio-Den-toşi qatarında baş verib. 32 yaşlı azərbaycanlı Mizonokuçi-Saqinuma stansiyaları arasında qatar tuneldən keçərkən yanında əyləşən, Kanaqava universitetində təhsil alan tələb qıza əl-qol atmağa başlayıb. Sonra isə onun yubkasını dartıb çıxarmaq istəyib. Amma qız müqavimət göstərib və vaqondan qaçaraq polisə xəbər verib. 

Polisdə dindirilən azərbaycanlı törətdiyi əməli etiraf edib.

Məlumatda o da bildirilir ki, Azərbaycan vətəndaşı İnaqi şəhərində fəhlə işləyirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 10971

Oxşar yazılar