Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları meşə yanğını ilə bağlı yanlış proqnoz verib, bu səhlənkarlıq cinayətdir.
Lent.az-ın "sputnik.kz"-yə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Abay bölgəsində meşə yanğınlarında həlak olanların yaxınları ilə görüşdə bildirib.
Kasım-Comart Tokayev deyib ki, hazırda iclas gedir, prokurorluq xətti ilə onların hamısı məsuliyyətə cəlb olunacaqlar.
Qeyd edək ki, iyunun 8-də Qazaxıstan Fövqəladə Hallar Nazirliyi meşə yanğınının 0,3 hektar ərazini əhatə etdiyi barədə məlumat yayıb, iyunun 9-da yanğın 30 min hektar ərazini əhatə edib.
Yanğın zamanı meşə təsərrüfatının 14 əməkdaşı həlak olub. Qazaxıstan Prezidenti iyunun 12-ni Milli Matəm Günü elan edib.