*Venesuelada etiraz : 7 nəfər ölüb, 130 nəfər saxlanılıb - YENİLƏNİB
16 aprel 2013 23:40 (UTC +04:00)

*Venesuelada etiraz : 7 nəfər ölüb, 130 nəfər saxlanılıb - YENİLƏNİB

Venesuelada keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən müxalifətin aksiyasında azı 7 nəfər həlak olub.130 nəfər aksiya iştirakçısı saxlanılıb. 

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin baş prokuroru Luis Orteqa bu haqda açıqlama verib.

 

Prokuror qarşıdurmanın kimlər arasında baş verdiyini dəqiqləşdirmədən Nikolas Maduronun qalib gəldiyi elan edildikdən sonra etiraz aksiyası keçirildiyini söyləyib.

 

O, bildirib ki, müxalifətin aprelin 17-ə təyin etdiyi yürüşü keçirmələrin icazə verməyəcək.

***

21.21

Venesuelada prezident seçkisinin rəsmi nəticələrinə müxalifət etiraz edir. Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, bu məqsədlə onlar etiraz aksiyası keçirib.

 

Mənbənin bildirdiyinə əsasən, aksiya zamanı ölkənin Miranda ştatında iki, Taçira bir nəfər,Suriya da bir  müxalifət tərəfdarı həlak olub.

 

Paytaxt Karakasda keçən çoxminli mitinqdə müxalifət səslərin yenidən sayılmasını tələb edir.

 

Xatırladaq ki, aprelin 14-də keçirilən prezident seçkinin rəsmi nəticəsinə görə, hakim partiyanın sosialist namizədi Nikolas Maduro 50, 75 faiz, müxalifə nümayəndəsi Enrike Kapriles 48, 89 faiz səs toplayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar