Venesuela Kolumbiya ilə sərhədi bağlayıb
10 aprel 2013 03:47 (UTC +04:00)

Venesuela Kolumbiya ilə sərhədi bağlayıb

Aprelin 9-da Venesuela Kolumbiya ilə quru sərhədini bağlayıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ehtimal edilir ki, buna səbəb aprelin 14-də keçiriləcək prezident seçkisidir.

 

Venesuela hərbi komandanlığının təmsilçisi bildirib ki, bu tədbir aprelin 15-dək davam edəcək.

 

Sərhədyanı rayonların əhalisi Vensuela rəsmilərinin uzunmüddətli bu qərarını etirazla qarşılayıb. Yerli sakinlər bildirib ki, sərhəd adətən 2-3 günlüyə bağlanırdı.

 

Bundan başqa Venesuelada çoxlu sayda kolumbiyalı yaşayır, sərhədyanı zonada isə bir qayda olaraq, qızğın alver gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar