Türkiyəni şoka salan iddia!
23 aprel 2013 11:43 (UTC +04:00)

Türkiyəni şoka salan iddia!

0

Türkiyənin VIII  prezidenti Turgut Özalın ölümü ilə bağlı açılan cinayət işinə “Ergenokon” cinayət işində gizli şahid olan “Selçuk”un keçən il dekabrın 5-də İstanbul XIII Ağır Cəza Məhkəməsinə göndərdiyi ifadə daxil edilib.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ifadədə Turqut Özalın həyat yoldaşı Səmra Özəl tərəfindən zəhərləndiyi bildirilir.

 

“Selçuk” ifadəsində yazıb ki, Savaş adlı bir polkovnik ona Turqut Özalın ölümünün zəhərlənmə yolu ilə təşkil edilən bir sui-qəsd olduğunu söyləyib. Turqut  Özalın zəhərlənməsində isə Səmra Özaldan istifadə edilib. Savaş “Selçuk”a deyib ki, Səmra Özal bir neçə kişi ilə müxtəlif vaxtlarda cinsi əlaqədə olduğunu əks etdirən vidogörüntülərlə şantaj olunub. Türkiyə Milli Təhlükəsizlik Şurasındakı bir çox generalın, Milli Kəşfiyyat Təşkilatı və JİTEM-in təlimatı ilə Teoman Koman bu sui-qəsdi təşkil edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin kəşfiyyat qurumunun – MOSSAD da bu sui-qəsdin təşkilinə yardım edib.

 

“Selçuk” bu sui-qəsd barədə 2004-cü ildə general Levent Ersözün də eyni sözlər söylədiyini bildirib. Levent Ersöz deyib ki, Turqut Özalı həyat yoldaşı Səmra Özala zəhərlətdiriblər. “Selçuk” Turqut Özalın qanının dəyişdirilməsi, bir sıra dəlillərin məhv edilməsində Teoman Komanın rəhbərlik etdiyi 5 nəfərin iştirak etdiyini də vurğulayıb. Deniz Tabip, Kemal Yamak, Aslan Güner kimi generallar Turqut Özal zəhərləndikdən sonra öncədən seçdikləri təcili tibbi yardım maşınını onun evinə göndəriblər...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2904

Oxşar yazılar