Türkiyənin 19 yaşlı futbolçulardan ibarət yığmasının oyunçusu Sedat Yücə dünyasını dəyişib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, gənc oyunçu Alanyada istirahət edərkən dənizdə boğularaq ölüb. S.Yücə iki gün öncə istirahət edərkən “Twitter” hesabında “Alanya yanıyor” deyə yazmışdı.
Qeyd edək ki, S.Yücə Türkiyənin birinci liqasında “Samsunspor”da forma geyinib. O, son mövsümünü Ankaraspor klubunda keçirmişdi.