Tunisin baş naziri istefa verdi
20 fevral 2013 00:47 (UTC +04:00)

Tunisin baş naziri istefa verdi

Tunisin baş naziri Hamad Cebali ölkə prezidenti Münsif Marzuki ilə danışıqdan sonra istefa verdiyini bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, istefasının xalqın hakimiyyətə etimadını qaytaracağına inandığını söyləyib.

 

Xatırladaq ki, islamçı partiyanın təmsilçilərinin təşəbbüsü ilə keçirilən yürüşdə baş nazir Hamad Cebalinin «texnokrat»lardan ibarət hökumət qurmasına etiraz bildirilmişdi.

 

Qeyd edək ki, bu yaxınlarda o, əsasən islamçılardan ibarət nazirlər kabinetini buraxıb, siyasi partiya üzvü olmayan «texnokratlardan» yeni hökumət formalaşdıracağını bəyan etmişdi.

 

Bu təklifi baş nazir müxalifət lideri Şükrü Belaidin qətlindən sonra irəli sürüb.

 

Müxalifət onun qətlində islamçıları ittiham etsə də, qarşı tərəf bu ittihamı rədd edib. 

 

# 359
avatar

Oxşar yazılar