Tunisdə hökumət böhranı
20 fevral 2013 23:53 (UTC +04:00)

Tunisdə hökumət böhranı

Baş nazir Hamad Cəbalinin istefasından sonra Tunis prezidenti Münsif Marzuki yeni hökumətin qurulması ilə bağlı  İslam Dirçəliş Partiyasının lideri Rəşid Qannuşi anlaşa bilməyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Cəbali partiya mənsubiyyəti olmayan «texnokratlardan» ibarət kabinet formalaşdırmaq istəyirdi. Bu planı baş tutmadığından o, istefa verib.

 

Prezidentlə partiya liderinin görüşündə isə mövcud hökumət böhranının aradan qaldırılması istiqamətində müzakirə nəticəsiz başa çatıb. 

# 422
avatar

Oxşar yazılar