Mahaçqalada keçirdiyi mətbuat konfransında Bostondakı partlayışda şübhəli bilinən, güllənəmiş Tamerlan Tsarnayevin anası Zübeydət Tsarnayev ailəsi ilə birlikdə ABŞ mühacirət etdiyinə görə təəssüfləndiyini bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib : «Mən Amerikanın bizi müdafiə edəcəyini düşünürdüm. Ancaq o, məndən övladlarımı aldı. Baş verənlərə görə, ABŞ vətəndaşlığından imtina etmək niyyətindəyəm. Çox güman ki elə edəcəyəm».
O, yenə də əlavə edib ki, oğullarını «oyuna salıblar».