Tetçerin ölümünə sevindilər, polislə dalaşdılar
09 aprel 2013 23:07 (UTC +04:00)

Tetçerin ölümünə sevindilər, polislə dalaşdılar

Təəssüflər olsun ki, bəzən insanlar kiminsə ölüsü ilə də müxaliflik edir, belələri həyatdan köçəndə bunu sevinclə qarşılayırlar.

 

Aprelin 8-də Britaniyanın keçmiş baş naziri Marqarit Tetçerin vəfat etdikdən sonra buna sevinənlər də olub.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, bu xəbəri eşidib, onu şadyanalıqla qeyd etmək üçün bir qrup küçəyə çıxıb.

 

Londonun «Vindraş» meydanına toplaşanlar «Maqqi, Maqqi,Maqqi öldü!» şüarı yazılı plakat çıxarıblar.

 

Brixton Ratzi kino-teatrının yaxınlığında isə aksiya iştirakçıları «Ey millət, Marqaret Tetçer öldü!» şüarı yazılı plakatı əllərində tutublar.

 

İngiltərənin Bristol şəhərində «dəmir ledinin» ölümü münasibəti ilə şadyanalıq edənlərlə polis arasında qarşıdurma olub. Nəticədə 6 polisin yaralandığı bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar