Tehranı 5 kq-lıq mutant–siçanlar «işğal edib»
21 fevral 2013 07:51 (UTC +04:00)

Tehranı 5 kq-lıq mutant–siçanlar «işğal edib»

İran ordusunun nişançıları (snayperləri) Tehranı başına götürmüş siçan-mutantlara qarşı mübarizəyə başlayıb.

 

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, Tehran bələdiyyəsi ətraf mühitin qorunması üzrə müşavir İsmayıl Qəhram deyib:«Görünür, onlarda genetik mutasiya baş verib. Bu hal radiasiya, yaxud kimyəvi maddələrin təsirindən də ola bilir. Dəyişiklik adətən milyonlarla il nəticəsində baş verir. Ancaq müşahidələrimizə görə, 60 qramlıq siçanlar, 5 kq ağırlığında olur. Onlar pişikdən böyükdür».

 

Mənbənin bildirdiyinə əsasən, bu kəsəyənlərə adi zəhərlər təsir etmir, hətta Tehrandakı pişiklər həmin siçanlardan qorxur.

 

Bələdiyyə ətraf mühitin qorunması departamentinin başçısı Hadi Heydərzadə isə bunları söyləyib: «Biz onları zəhərləmək üçün kimyəvi maddələrdən gecələr istifadə edirik. Nişançılar komandası da onları gecə güllələyir. Bu əsl savaşdır. Biz gecə–gündüz, 7 gün onlara qarşı mübarizə aparırıq».

 

Məlumatda bildirilib ki, indiyə kimi iki min 205 nəhəng siçan güllələnib. Onların gülləbaran edilməsi ilə 40 nəfərlik nişançı komanda məşğuldur. 

# 1959
avatar

Oxşar yazılar