Tacikistanda jurnalist müsahibə cəhdinə görə cərimələnib
20 fevral 2013 03:17 (UTC +04:00)

Tacikistanda jurnalist müsahibə cəhdinə görə cərimələnib

Düşənbə rayonlarından birinin məhkəməsi tacik jurnalisti Əmrullah Nizamı «xırda xuliqanlıqda» ittiham edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, Dini işlər üzrə dövlət komitəsinin başçısının qəbuluna düşmək istətədiyi üçün «cəzalandırılıb».

 

Məhkəmənin qərarına əsasən, yrli  «TojNews»  informasiya agentliyii əməkdaşının bu hərəkəti üçün komitəyə 58 dollar pul ödəməlidir.

 

Mənbə bildirib ki, jurnalist komitəyə daxil olarkən, komitənin gözətçilərivə sürücüsü tərəfindən dayandırılıb və döyülərək, küçəyə atılıb.

 

Bunun ardınca komitə məhkəməyə şikayət edib.

 

# 363
avatar

Oxşar yazılar