Suriyanın baş naziri Vail əl Halikiyə qarşı sui-qəsd cəhdi olub. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Dəməşqdə baş nazirin maşın karvanına hücum təşkil edilib. Paytaxtın Mezze məhəlləsində baş verən hadisə nəticəsində ölənlərin olduğu bildirilir. Haliki isə xəsarət almayıb.