Səudiyyə Ərəbistanı Yəmənlə sərhəddə divar hörür
10 aprel 2013 00:09 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Yəmənlə sərhəddə divar hörür

Daha bir divarın tikintinsinə başlanılıb.Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu dəfə Səudiyyə Ərəbistanı Yəmənlə arasında iki min kilometrlik divar tikintisinə başlayıb.

 

Hakimiyyət bununla Səudiyyə Ərəbistanı ərazisinə qanunsuz mühacirlərin, narkotacirlərin, «əl-Qaidə» üzvlərinin qonşu ölkədən axınını qarşısını alacağına ümid edir.

 

Səudiyyə Ərəbistanının sərhədçiləri «ərəb baharı»-ndan sonra Yəmənlə sərhəddə vəziyyətin önəmli dərəcədə pisləşdiyindən şikayətlənirlər. Bu yaxınlarda qaçaqmalçılarla sərhəd xidmətçiləri arasındakı atışma nəticəsində 5 səudiyyə hərbçisi həlak olmuşdu.

 

Xatırladaq ki, son yüz ildə bölünmüş Almaniya arasında da daş divar çəkilmişdi, İsraildə Fələstin muxtariyyatı ilə sərhədi beton bloklarla ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar