Sərkisyan geri çəkildi, Ovannesyanla görüşə razılıq verdi
20 fevral 2013 16:27 (UTC +04:00)

Sərkisyan geri çəkildi, Ovannesyanla görüşə razılıq verdi

 

Serj Sərkisyan İrs Partiyasının sədri Raffi Ovannesyanın görüş keçirməklə bağlı təklifini qəbul edib.

 

Lent.az-ın “panorama.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan deyib ki, dövlət başçısı Ovannesyanla görüşməyə hazırdır: “Serj Sərkisyan Raffi Ovannesyanı elə indi də, yaxud Raffi Ovannisyan üçün uyğun bir vaxtda qəbul etməyə hazırdır”.

 

Armen Arzumanyan  Raffi Ovannesyanın prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığı, Serj Sərkisyanın deyil, məhz özünün prezident seçildiyini bəyan etməsinə də münasibət bildirib: “Bütün beynəlxalq müşahidə missiyaları bu il keçirilən prezident seçkilərinin Ermənistanın 21 illik tarixi ərzində ən yaxşı seçki olduğunu vurğulayırlar. Raffi Ovannesyanın bəyanatı isə seçkilərin şəffaflığına az şübhə yaradır”.

 

# 1929
avatar

Oxşar yazılar