Serbiyada kansergen tərkibli süd satışdan çıxarılır
20 fevral 2013 21:25 (UTC +04:00)

Serbiyada kansergen tərkibli süd satışdan çıxarılır

Serbiya hakimiyyəti kansergen (xərçəng) yaradan, tərkibində toksiki (zəhərləyici) maddələr artıq olan südün satışdan çıxarılmasını tələb edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mütəxəssislər bildirib ki, keyfiyyətsiz heyvan yemindəki aflatoksin göbələk yaradır.

 

Ölkənin kənd təsərrüfatı naziri Qoran Knejeviç isə keçirdiyi mətbuat konfransında bir neçə stəkan süd içməklə əhaliyə deyilənlərin doğru olmadığının göstərməyə çalışıb.

# 428
avatar

Oxşar yazılar