Seçki bitdi, toqquşmalar bitmədi
17 aprel 2013 10:37 (UTC +04:00)

Seçki bitdi, toqquşmalar bitmədi

Venesuelada ötən bazar keçirilən prezident seçkisindən sonra toqquşma baş verib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb.

Müxalifətin namizədi Henrique Caprilesin və hakim partiyanın seçkidə qalib gəlmiş namizədi Nikolas Maduronun tərəfdarları bütün ölkə boyu kütləvi aksiyalar keçiriblər.

2 faizdən də az fərqlə rəqibinə uduzan müxalif namizəd nəticələrin saxtalaşdırıldığını və səslərin yenidən sayılmasını istəyib.

Aksiyaları dağıtmaq üçün polis rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar